Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Fevral 2018

Siqaret hər il 7 milyon insanın ölümünə səbəb olur

Siqaretə qarşı tədbirlər bir çox ölkədə tətbiq olunsa da, dünyada hazırda bir milyarddan çox insan siqaretdən istifadə edir.

Anadolu xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2017-ci ildəki məlumatlarına görə, dünyanın üzləşdiyi ən böyük ictimai sağlamlıq təhlükəsi olan siqaret, hər il təxminən 7 milyon insanın ölümünə səbəb olur.

Bu ölümlərdən 6 milyonu bilavasitə siqaret istifadəçiləri olsalar da, 890 mindən artıq ölüm isə çəkmədən siqaret tüstüsünə məruz qalmış insanlar arasında qeydə alınıb.

Siqaretin tərkibində təxminən 5 min kimyəvi maddə var. Bunlardan 90 maddə xərçəngə səbəb olur.

ÜST-nin 2015-ci ildə yenilənən məlumatlarına görə, İndoneziya, Rusiya və Çin ən çox siqaret çəkilən ölkələrdir.

Bundan başqa, dünya əhalisinin 19%-ni təşkil edən 42 ölkədə, siqaret qutularının üzərində təhlükə barədə xəbərdarlıq edilir.

Dünya əhalisinin yarısından çoxunun yaşadığı 39 ölkədə, son iki ildə siqaret əleyhinə ən azı bir kütləvi mətbuat kampaniyası keçirilib.

Bütün növ tütün məhsullarının reklam, həvəsləndirmə və sponsorluğuna qarşı edilmiş qadağalar dünya üzrə siqaret istehlakını orta hesabla 7% aşağı saldı. Bu nisbət bəzi ölkələrdə 16%-ə qədər yüksəlib./deyerler/


431 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP