Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2018

Suriyanın şimalında 15 İŞİD-çi alman qadın saxlanılıb

Suriyanın şimalında kürdlər yaşayan bölgələrdə İŞİD terrorçularına qoşulmuş ən azı 15 alman qadın saxlanılıb.
Bu barədə məlumatı Almaniyanın “Die Welt” qəzeti Beynəlxalq Əfv Təşkilatının terrorizmlə bağlı ekspertinə istinadla yayıb. Ekspert İŞİD-ə qoşulmuş alman qadınlarla yanvar ayında görüşüb.
Qəzet bildirib ki, Suriyada ümumilikdə 800 İŞİD-çi qadın övladları ilə birlikdə 4 düşərgədə həbsdə saxlanılır. O qadınlar Kanada, Fransa, İngiltərə, Türkiyə, Avstraliya kimi dünyanın müxtəlif ölkələrindən Suriyaya gedib.
İŞİD-in Suriya və İraqda məğlubiyyətindən sonra terrorçuların, xüsusilə də İŞİD-ə qoşuşlmuş qadın və uşaqların öz ölkələrinə qayıdışı Avropa üçün böyük problemə çevrilmişdir.


273 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.08.18, 07:53
Zərif təkzib etdi
Go to TOP