Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2018

Pekində bıçaqla silahlanmış şəxs supermarket müştərilərinə hücum edib

Çinin paytaxtı Pekin şəhərinin mərkəzində yerləşən Sidan rayonunda bıçaqla silahlanmış kişi supermarketlərdən birinin müştərilərinə hücum edib. Nəticədə bir qadın aldığı yaralardan keçinib, daha 12 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

RİA Novosti xəbər verir ki, bu barədə Pekin polisi "Weibo" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, 35 yaşı olan kişi bazar günü yerli vaxtla günorta 13.00 radələrində (Bakı vaxtı ilə 9:00-da) hələ ki, məlum olmayan səbəblərdən "Joy City" supermarketinin müştərilərinə hücum edib.

Hadisə yerinə çağırılan polis əməkdaşları kişini tutublar. Hazırda o, dindirilir.


199 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.08.18, 07:53
Zərif təkzib etdi
Go to TOP