Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2018

Əlvida ey uşaqlığım - Şeir

Sən ay mənim uşağlığım
Heçvaxt qədri bilinmiyən
Ta beşiydən qəbrə qədər
Xatirimnən silinmiyən

Bir bulkuyla xoşbəxt olub
Səmalara qanad açan
Bir kanfetin sevinciylə
Sağa qaçan sola qaçan

Dərdin adın bilmiyənim
Ən ziyansız ağlıyanım
İndi isə xatirəsi
Ürəyimi dağlıyanım

Bu gün yenə qarşılaşdıq
Köhnə qara şəkillərdə
Həyatımnan keçib gedən
Ən sevimli fəsillərdə

Sənin körpə baxışına
Mənim yorqun gözdərimə
Böyük zaman kəsiyində
Düşmüşəm öz izdərimə

Az qalmışam əl açamki
Sənnən saflığ dilənəm mən
Çox dəyişib zaman məni
Daha qədir bilənəm mən

Sənsə geri qayıtmıyan
Dünyanın ən şirin şeyi
Mənsə qoca bir kişiyəm
İtib gedən gücü heyi

Qəlbi sınan qəlb sındıran
Günahları başdan aşan
Ümidinin qədəhindən
Yorğunluğu aşıb daşan

Barmaqları qabar qabar
Üzü gözü qırış qırış
Sənsə yenə əvvəlki tək
Bəzəy bəzəy naxış naxış

Bağışlaki yordum səni
Gərəy mənə dözəsən sən
Şəkillərdə köhnəlsəndə
Ancağ yenə təzəsən sən

Hələ qatı açılmamış
Gülüşlərin qalıb məndə
Kədərini mən almışam
Arzularım qalıb səndə

Sən o tayda dayanmısan
Yenə məsum baxşların
Mən butayda yağdırıram
Ömrümə qəm yağışların

Sən yerinnən tərpənmirsən
Mənə yenə görünür yol
Mənə artığ olan olub
Sən özündən müğayət ol

Əlvida ey uşaqlığım
Əlvida ey uşaqlığım!!!


Zamiq Kövsəri


492 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.18, 08:46
İraqa aksiya davam edir
Go to TOP