Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2018

Putin bu gün Mahmud Abbasla görüşəcək

Rusiya prezidenti Vladimir Putin fevralın 12-də Moskvada Fələstin lideri Mahmud Abbasla görüşəcək.

Fevralın 11-də Soçidə keçiriləcəyi gözlənilən görüşün vaxtı və yeri təyyarə qəzası səbəbindən dəyişdirilib.

Fələstin liderinin xarici siyasət məsələləri üzrə müşaviri Nabil Şaas bildirib ki, görüşün əsas mövzusunun İsrail-Fələstin nizamlanmasının yeni çoxtərəfli formatının yaradılması məsələsi olacağı gözlənilir.

Onun sözlərinə görə, görüşdə həmçinin Fələstinə iqtisadi dəstəyin genişləndirilməsi məsələsi müzakirə ediləcəyi planlaşdırılır.


246 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP