Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Fevral 2018

Afrin kürdləri Suriya hökumətinə təslim olmağa məcbur oldu

Suriyanın şimalında kürd yaraqlılarına qarşı “Zeytun budağı” əməliyyatından 22 gün ötdüyü bir vaxtda kürd komandirlərdən biri elan edib ki, Türkiyə ilə mübarizə aparmaq üçün heç bir beynəlxalq qurum bizə kömək etmədi. Yalnız Dəməşq bizə logistik və humanitar yardım verir.
“Reuters”-in verdiyi məlumata görə, Afrin əyalətindəki kürdlər bu ölkənin qanuni dövlətindən yardım alıblar.
“Reuters” bildirib ki, beynəlxalq dairələrdən yardım ala bilməyən kürdlər Dəməşq hökuməti ilə razılığa gəlməyə məcbur olub. Bu razılaşmaya əsasən, dövlət kürdlərin nəzarətində olan Kubani və Əl-Cəzirə əyalətlərindən Afrinə yardım getməsinə icazə verəcək.
Əsasən kürdlərdən ibarət Suriya Demokratik Qüvvələrinin mətbuat katibi Keyno Qabril vurğulayıb ki, Afrinə yardım çatdırmaq üçün müxtəlif yollar mövcuddur, lakin əsas yollar Suriya ordusunun nəzarətindədir.
Qabril deyib: “Kürdlər Suriya ordusu ilə razılığa gəliblər ki, Afrinin təhlükəsizliyini təmin etsinlər və bu bölgəyə təchizat göndərsinlər.”


267 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.08.18, 07:53
Zərif təkzib etdi
Go to TOP