Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Fevral 2018

İŞİD vəhşiləri İraqa 88 milyard dollar ziyan vurub

İraq hökuməti bildirib ki, özünü İslam Dövləti (İD) adlandıran, həqiqətdə İslama qarşı olan (ABŞ və İsrail layihısi) qrupla müharibə ölkənin bütün ərazisində böyük dağıntılara səbəb olub və həmin dağıntıların aradan qaldırılması təxminən 88 milyard dollar xərc tələb edəcək.

Küveytdə İraqda bəpra işlərinin keçirilməsinə həsr olunmuş konfransda danışan İraq hökümətinin rəsmisi deyib ki, qısa müddətdə ölkəyə 22 milyard dollar, orta və uzun müddətli olaraq isə 65 milyard dollar həcmində investisiya vəsaiti tələb olunacaq.

Kuzey Abdülfettahön sözlərinə görə, yatırıma ən böyük ehtiyacı olan sahə İraqın mənzil sektorudur.

İD 2014-cü ildə İraqın ikinci ən böyük şəhəri olan Mosulu ələ keçirəndən sonra, ölkənin qərb bölgələrində, xüsusilə də İD tərəfindən işğal olunmuş ərazilərdə irimiqyaslı hərbi əməliyyatlar keçirilib.

İD-nin nəzarəti altında olan ərazilər və infrastruktir ABŞ rəhbərliyi altında yarıtmaz hərbi koalisiyanın şiddətli zərbələrinə məruz qalıb.

Xüsusilə, Mosulda yaşayış evlərinin əksər bir qismi ya tamamilə məhv edilib, ya da yaşayış üçün yarasız bir hala düşüb.

Xəbərlərə görə, Mosulun təkcə tarixi hissəsində 11 500 ev məhv edilib, 35 000 ev isə qismən dağıdılıb.

İD ilə şiddətli döyüşlərin aparıldığı digər bir şəhərdə – Fəllucada isə ümumilikdə 40 000-ə yaxın ev tamamən və ya qismən dağıdılıb.


54 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.02.18, 19:12
Suriya ordusu Afrinə girir
18.02.18, 11:14
Yaşıl çay için
17.02.18, 16:42
Suriya ordusu Afrinə girdi
17.02.18, 09:43
“Vatsap”da yenilik
15.02.18, 12:08
Zil-qurba kimdir?
Go to TOP