Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2018

Ata uşaqlarına görə intihar edəcəyini deyir: “Buna məcburam…”

Şabran sakini sosial durumu pis vəziyyətdə olduğu üçün intihar edəcəyini deyir.

Xırdaoymaq kənd sakini Azad Alışov çöllük ərazidə ailəsi ilə birgə çadırda yaşayır. Onun sözlərinə görə, evi yandıqdan sonra müvafiq dövlət qurumlarına müraciət edib. Lakin A.Alışovun müraciətlərinə baxan olunmayıb.

“Uşaqlarım ağır xəstədir, imkanım yoxdur. Cəmi 55 manat müavinət alıram. Ailəmi çadırda qoyub getmək mümkün deyil. Buna görə, heç yerdə işləyə bilmirəm. Çöllükdə çaqqallar olduğu üçün məcburam ailəmin keşiyini çəkim. Bizimlə heç kim maraqlanmır” – Azad Alışov bildirib.

Kənd sakini deyir ki, yerli telekanallara belə müraciət edib, amma ona məhəl qoyan olmayıb.

Azad Alışov həmçinin intihar edəcəyini söyləyib: “Belə getsə, özümü öldürəcəyəm. İntihar etməyə məcburam. Uşaqlarım ölümün görməməkdən ötrü bu addımı atmalıyam. Bu, ata üçün ən böyük əzab olar”./minval/


226 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.05.18, 08:56
ABŞ-da növbəti atışma
22.05.18, 08:58
Naxçıvan silkələndi
Go to TOP