Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2018

Afrində qadınlar Türkiyə əleyhinə aksiya keçiriblər

Suriyada yüzlərlə afrinli qadın bu gün (çərşənbə) Türkiyənin və onların terrorçu müttəfiqlərinin hərbi hücumlarına qarşı etiraz aksiyası keçiriblər.
Suriya medialarının yerli mənbələrə istinadla verdiyi məlumatlara görə, Afrində etiraz aksiyasına qatılmış kürd qadınlar Türkiyənin Hələbi işğal etməsini dayandırmasını tələb ediblər.
Aksiya iştirakçıları beynəlxalq təşkilatlara səslənərək, Türkiyə ordusunun və bu ölkənin müttəfiqləri olan terrorçuların Afrinə hücumlarının qarşısını almaq üçün təlaş göstərmələrini istəyiblər.
Ötən həftə də Suriya kürdləri Türkiyə ordusunun və onun Suriya ərazisindəki müttəfiqlərinin hücumu əleyhinə aksiya keçirmişdi.
Bu aksiya Kubani və Menbic, Təll-Əbyəz və Rəqqədə minlərlə etirazçının iştirakı ilə baş tutmuşdu.


233 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.18, 08:46
İraqa aksiya davam edir
Go to TOP