Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2018

İdlib İŞİD-dən tam təmizləndi

Suriya İnsan Haqları Təşkilatı bildirib ki, İdlib əyalətində İŞİD qüvvələri ailələri ilə birlikdə üsyançı qüvvələrə təslim olduqdan sonra bu əyalətdə daha İŞİD terrorçusu qalmayıb.
Suriyanın müxalifətə bağlı və mərkəzi Londonda yerləşən insan haqları təşkilatının rəhbəri Rami Əbdürrəhmanın sözlərinə görə, 250 İŞİD-çi ailələri ilə birlikdə (ümumilikdə 400 nəfər) İdlibin cənubunda mühasirədə idilər. Onlar özlərini üsyançı qruplara təslim edib.
Fevralın 9-da Suriya ordusu elan etmişdi ki, Hələb və Həma İŞİD terrorçularından tamamilə təmizlənib. Təkcə İdlibin kiçik bir bölgəsi onların nəzarətindədir.
Beləliklə, Suriyanın 3 əyaləti İŞİD terrorçularından təmizlənib.


227 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.05.18, 08:56
ABŞ-da növbəti atışma
22.05.18, 08:58
Naxçıvan silkələndi
Go to TOP