Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Fevral 2018

Xərçəngin riskini 30% azaltmaq üçün həftədə 2 dəfə yeyin. MÖCÜZƏVİ MƏHSUL

Sarımsaq ən qədim yetişdirilən bitkilərdən biridin. Sarımsaq bütün dünyada sevilir.

Maraqlıdır ki, yaponlar sarımsağı əsasən müalicəvi bitki kimi istifadə edirlər.

Sarımsağın bir çox faydalı xüsusiyyətləri var. Bu səbəbdən sarımsaqdan imtina etmək düzgün deyil. Nəzərinizə çatdıraq ki, sarımsağı çiy halda yemək lazımdır. Bişmiş halda sarımsaq öz faydalı xüsusiyyətlərinin bir çox hissəsini itirir. Yedikdən əvvəl sarımsağı xırda doğramaq və ya əzmək lazmdır. Bu sarımsağın faydasını daha da artırır. Sarımsağın qoxusunu azaltmaq üçün onu hər hansı piylə (mayonez, xama, bitki yağı) qarışdırmaq və ya sarımsaq yedikdən sonra süd və ya qatıq içmək lazımdır.

Sarımsaq yemək üçün 7 mühüm səbəb:

1. Sarımsaq allisin maddəsi ilə zəngindir. Elmi araşdırmalar sübut edib ki, allisin xərçəng xəstəliklərinin qarşısını alır. Amerika alimləri bir araşdırmada aşkar ediblər ki, həftə ərzində 2 diş sarımsaq yeyən insan xərçəng xəstəliklərinin riskini 30% azaldır.

2. Sarımsaq B6 vitaminlə zəngindir. Bu vitamin sinir sisteminin normal fəaliyyətində böyük rol oynayır və yaxşı əhval-ruhiyəni təmin edir.

3. Marqansla zəngin olan sarımsaq sümüklərimiz üçün də çox faydalıdır. Marqans kalsiumun sümüklərin içinə daxil olmasına kömək edir.

4. Sarımsaq güncü mikrob və virus əleyhinə təsirə malikdir və bu səbəbdən soyuq fəsillərdə soyuqdəymə və qripp xəstəliklərinin qarşısını alan profilkatik vasitə kimi çox faydalıdır.

5. Sarımsaq immun sisteminə stimullaşdırıcı təsir edir. Sarımsağın təkibində olan kükürd birləşmələri insan immun hüceyrələri olan makrofaqların sintezini sürətləndirir ki, immunitet xəstəliklə daha fəal şəkildə mübarizə edir.

6. Sarımsaq "pis" xolesterolun səviyyəsini aşağı salır və bununla da aterosklerozun qarşısını almağa kömək edir. Ateroskleroz ürək-damar xəstəliklərinin əsas səbəbidir.

7. Sarımsaq arterial təzyiqi aşağı salmağa kömək edir./saglamolun/


402 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.18, 08:46
İraqa aksiya davam edir
Go to TOP