Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2018

Əl-Qaidənin silah anbarından Amerika silahları çıxdı - Foto

Şərqi Qutada uğurla irəliləyən Suriya ordusu Əl-Qaidə vəhabi terrorçularının silah anbarını aşkar edərək müsadirə edib. Anbarda Əl-Qaidə ilə müharibə bəhanəsilə regiona ordu yeritmiş Amerika ölkəsinin hazırladığı silahlar da vardır. Onların arasında fərdi silahlar, minaatan, ağır silahlar, partlayıcı maddələr, müasir rabitə avadanlıqları vardır.
Suriya hərbi mənbələrinin açıqlamalarına görə, bu anbarda tapılmış silahlar Türkiyə və İordaniya vasitəsilə Əl-Qaidə terrorçularına çatdırılmışdır.
Qeyd edək ki, Suriya ordusu son əməliyyatlar nəticəsində Şərqi Qutanın 50 faiz ərazilərini terrorçulardan azad etmişdir. Ordunun qələbəsi terrorçular üçün 2016-cı ildən bəri ən böyük məğlubiyyət sayılır. Çünki bundan sonra onlar Dəməşqi mərmilərlə atəşə tuta bilməyəcəklər.

 
     



350 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.06.18, 10:34
Borc
Go to TOP