Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2018

Əl-İbadinin fərmanı ilə Həşd-Şəbi hərbi qüvvələrə birləşdirildi

İraqın baş naziri Heydər əl-İbadi Həşd-Şəbinin (İraq könüllü xalq qüvvələri) ordu qüvvələrinin hüquqlarından faydalana bilməsi üçün bu qrupunun təhlükəsizlik qüvvələrinə birləşməsi barədə fərman imzalayıb. Bu fərmana əsasən, Həşd-Şəbi qüvvələri ordu qüvvələrinin hüquqlarından və imtiyazlarından faydalanacaq, hərbi xidmət qanunları onlara da aid olacaq. Həmçinin onlar hərbi təhsil mərkəzlərinə və müəssisələrinə qəbul ediləcək, habelə, ordu qüvvələri ilə eyni səviyyədə maaş alacaq.
İraq Parlamenti ötən il Həşd-Şəbi qüvvələrinin orduya birləşdirilməsinə razılıq vermişdi. Artıq İraq könüllü qüvvələri olan Həşd-Şəbi rəsmi surətdə ordunun bir hissəsi sayılır.
2014-cü ildə İraqın on minlərlə əhalisi Həşd-Şəbi qüvvələri adı ilə əlinə silah alaraq İŞİD terrorçularına qarşı mübarizəyə qalxdılar və terrorçuları bu ölkədən qovdular.


435 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.18, 14:02
Bəsrə valisi həbs edildi
Go to TOP