Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2018

ABŞ-la müharibə deyil, müqavilə istəyirik - Merkel

ABŞ-la ticarət müharibəsi deyil, əməkdaşlıq müqaviləsi istəyirik.

Bu sözləri Almaniya kansleri Angela Merkel ABŞ Prezidenti Donald Trampın polad və aliminium məhsullarının idxalına rüsum tətbiqi ilə bağlı imzaladığı qərara münasibət bildirərkən deyib.

Merkel Avropa Birliyi üçün ən yaxşı variantın rüsumun ləğv edilməsi olduğunu söyləyib: "Heç kəs bu qərardan qazana bilməyəcək".

Qeyd edək ki, Tramp Avropadan ölkəyə idxal olunan polada 25, alüminiuma isə 10 faiz gömrük rüsumu tətbiq edib. Bu qərar AB və ABŞ arasında ciddi narazılıq yaradıb.


363 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.18, 14:02
Bəsrə valisi həbs edildi
Go to TOP