Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2018

27 cüt insan əli tapıldı

Rusiyada bir sellofan torbada 27 cüt insan əli tapılıb. Çin sərhədinə yaxın, Sibirdəki Xabarovsk şəhərində tapılan əllərin sirri hələ tapılmayıb. Bir çayın kənarında tapılan əllərin sirri ilə bağlı ortaya bir neçə versiya atılıb. Amma polis bunları təsdiqləməyib.

Balıq ovlanan populyar bir məkanda çantanı tapan polis məmuru çevrədə başqa şübhəli bir şeyə rast gəlmədiklərini deyib. Əllərlə bağlı teoriyalardan biri ondan ibarətdir ki, onlar oğurluq nəticəsində kəsilib. Digər versiya isə xəstəxanadakı ölü bədənlərdən kəsilməsi yönündədir. Başqa bir iddia isə bunun cəsədlərdən bədən parçaları oğurlayan bir dəstənin əməli olması ilə bağlıdır.

Sübutların yanında tibbi bandajlar və xəstəxanalarda istifadə olunan xüsusi ayaqqabılar tapılıb. Polis mövzu ilə bağlı hər hansı bir açıqlama verməyib.


413 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.18, 09:23
Çində sarı qar yağdı
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP