Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2018

Bədəndən pis qoxuların gəlməsinə səbəb olan 9 QİDA

Bədəndən gələn pis tər qoxularını aradan qaldırmaq üçün bəzən gigiyena qaydalarını yerinə yetirmək kifayət etmir.

Bunun üçün gərəkdir ki, yediyimiz məhsullara diqqət edək.

Bədəndən gələn qoxular birbaşa yediyimiz məhsullarla sıx əlaqəlidir.

Tərin 98-99%-ni adi su təşkil edir və bu səbəbdən normada tərin heç bir pis spesifik qoxusu yoxdur. Lakin bəzi ərzaqlaq məhsullarının su ilə birləşməsi nəticəsində və insan bədənində yaşayan bakteriyalar çoxalanda tər iyi kəskinləşir. Bu proses adətən metabolizm proseslərinin pozulması, hormonal və problemlərinin, həm də bəzi xəstəliklərin müalicəsində istifadə edilən dərmanların nəticəsində baş verir.

Halbuki, çoxları hesab edir ki, bədəndən gələn pis qoxunun səbəbi tərdir, lakin bizim rasionda olan yeyinti məhsullarının tərkibindəki kimyəvi birləşmələr, mikroorqanizmlər və çirk bədənin qoxusuna təsir edir.

Kimyəvi maddələr orqanizmdə artıq turşluq dərəcəsi doğurur, pH səviyyəsinin disbalansına gətirib çıxarır. Buna görə də orqanizm üçün bütün zəhərli elementləri xaric etmək çətinləşir və bu səbəbdən də pis iy yaranır.

Bundan əlavə, qida məhsulların bəzilərinin tərkibində olan aktiv uçucu maddələr ya tər, ya da nəfəs vasitəsilə çıxarılır.

1. Sarımsaq

Sarımsağın kəskin qoxusu olduğu üçün bəzi insanlar ondan istifadə etməməyə üstünlük verirlər. Axı sarımsaq istifadəsindən sonra ağzından bir neçə saat ərzində pis qoxu gəlir. Bununla yanaşı, sarımsaqda olan uçucu kükürd birləşmələri tər iyinə də təsir edir. Bu maddə qan və həzm prosesi nəticəsində sorulur, sonda isə xoşagəlməz tər iyi əmələ gəlir.

2. İşlənmiş şəkər

Çeynəmə rezin və bütün növ işlənmiş şəkər məhsulları orqanizmin turşululuq səviyyəsini pozur, temperaturu dəyişir və pis qoxu doğurur. Yadınızda saxlayın ki, bakteriyalar şəkərlə qidalanır, onların hədsiz artması səbəbindən fermentasiya prosesləri sürətlənir və qoxu kəskinləşir.

3. Ədviyyat

Kerri və zirə kimi ədviyyatlar bir qayda olaraq həm dəridə, həm də ağızda xoşagəlməz qoxular doğurur, çünki onların həzm prosesində kükürdlü qazlar ayrılır, daha sonra isə dəri məsamələri vasitəsilə çıxır.

Onların böyük hissəsi düzgün həzm olunur, lakin bəziləri qan dövranında qalır və bir müddət sonra tərə qarışaraq dəridən xaric olur.

4. Bitki yağı

Bitki yağları əsasən fastfud sənayesində istifadə olunur. Onlar nəinki artıq çəkiyə əsas səbəb olur, həm də xoşagəlməz qoxuların yaranmasına təsir edir. Bu yağ həzm sisteminin fəaliyyətinə mane olaraq bağırsaqlardakı digər maddələrlə zərərli kombinasiyalar təşkil edir.

5. Kolbasa məmulatları

Paştet, kolbasa, sosiska və bişməmiş ət məhsullarının bütün növləri mədədə turşululuğu artırır və qazlar doğurur. Onlar həzm prosesini yavaşladır, tərkibindəki yağ və kimyəvi maddələr isə toksinləri çıxarmağa kömək edən metabolik funksiyaları dəyişirlər.

6. Qırmızı ət

Qırmızı ətdə olan zülallar bağırsaqlarda çətin həzm olunur, buna görə orada bir neçə gün ərzində ləngiyirlər. Odur ki, onların bağırsaqlarda çürüməsi bədənin pis qoxuması riskini yüksəldir.

Həftədə iki dəfə qırmızı ət yeyən insanlar, hər gün ət yeyənlərlə müqayisədə daha az tərləyir. Dolayısı ilə birincilərin bədənindən daha az qoxu gəlir. Bundan başqa, ətin sayını azaltmaqla siz qarın köpü və qəbizlik, meteorizmin qarşısını ala bilərsiniz.

7. Mərəçüyüd (Qulançar)

Baxmayaraq ki, bu, çox faydalı məhsuldur, xoşagəlməz qoxu və sidikdə turşuluq yarada bilər. Bu effekt bəzi insanlarda genetik fərqlərə uyğun olaraq özünü bu və ya digər dərəcədə göstərir.

8. Spirtli içkilər

Haram olan spirtli içkilər içən insanlar daha xoşagəlməz dəri və nəfəs qoxusu ilə fərqlənir. Orqanizm alkoqollu içkini toksin kimi qəbul edir, onun xaric olunmasına görə qaraciyər cavab verir.

Spirtli içkilər 90% maye və uksus turşusuna transformasiya olunur, toksin olmayan maddə maye və duzlarla birlikdə vücuddan çıxarılır. 10% isə qan dövranında qalır, həm dəridə, həm də nəfəsdə pis qoxu doğurur.

9. Soğan

Bakteriyalar soğanda olan kükürd tərkibli və uçucu maddələr meydana gətirən amin turşularını parçalayır. Bu kükürd birləşmələri qana düşür, ağız, mədə, bağırsaq və qaraciyərə çatır. Onlar həmçinin ağciyər alveolasına daxil olur və böyük miqdarda yığılmışsa, nəfəs aldıqda güclü qoxuya səbəb olur.

Yekun olaraq qeyd edək ki, yaxşı gigiyenaya baxmayaraq, ağız boşluğunda və bədəndən xoşagəlməz qoxular duyursunuzsa, çox güman ki, bunun səbəbi bəzi ərzaq məhsullarında gizlənir./publika/


311 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.06.18, 09:54
Şirvanda qətl törədilib
22.06.18, 16:48
İrandan ABŞ-a 15 ŞƏRT
Go to TOP