Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2018

Putin :“Babam Leninin və Stalinin aşpazı olub”

Rusiya prezidenti Vladimir Putin Andrey Kondraşovun “Putin” filmində öz ailəsi haqqənda ətraflı danışıb.

Putin öz babası ilə bağlı xüsusi söhbət edib. “O, aşpaz işləyib. Moskva ətrafı bağ evlərindən birində əvvəlcə Leninin, sonra Stalinin aşpazı olub”, – Putin vurğulayıb. Prezident təəccüblə söyləyib ki, onun babası və digər yaşlı qohumları repressiya altına düşməyiblər. “Görünür, bu adamların ziyan gətirməyəcəklərini başa düşərək onların qədrini biliblər”, – Putin əlavə edib.

Qeyd edək ki, Putin 2015-ci ildə Qələbə gününə az qalmış “Rus pioneri” jurnalında ailəsinin Böyük Vətən müharibəsi zamanı həyatına həsr olunan məqalə çap etdirib. Prezident ilk dəfə atasının necə vuruşduğundan, arvadı Mariya İvanovnanı necə xilas etdiyindən, mühasirə zamanı Putinin böyük qardaşının necə ölməsindən bəhs edib.


280 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
23.06.18, 09:54
Şirvanda qətl törədilib
22.06.18, 16:48
İrandan ABŞ-a 15 ŞƏRT
Go to TOP