Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2018

Azərbaycanlı biznesmen Rusiyada özünü asaraq intihar edib –Borca görə

Rusiyanın Saxalin vilayətində Azərbaycan vətəndaşı intihar edib.

Saxalindəki Azərbaycan icmasından apa-ya verilən məlumata görə, Azərbaycan vətəndaşı 30-35 yaşlı Məmmədov Elşən Fəxrəddin oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Əslən Azərbaycanın Tovuz rayonunun Düz Qırıqlı kəndindən olan Elşən Məmmədov Saxalində ticarətlə məşğul olub. Mərhum intihar etməmişdən öncə məktub yazıb. E. Məmmədovun külli miqdarda borcunun olduğu və bu səbəbdən canına qəsd etdiyi bildirilib.

Yaxın günlərdə mərhumun cəsədi dəfn olunması üçün Azərbaycana göndəriləcək.


374 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.18, 09:23
Çində sarı qar yağdı
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP