Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2018

Qadın bıçaqla aptekə hücum edib, pul apardı - Bakıda

Bakıda aptekə basqın olub.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, martın 10-da Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən aptekə gəlmiş naməlum şəxs orada işləyən qəsəbə sakini X.Nəcəfovanı bıçaqla hədələyib kassadan 165 manat aparıb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aygün Əliyeva saxlanılıb.


356 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.18, 14:02
Bəsrə valisi həbs edildi
Go to TOP