Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2018

ABŞ-da partlayış: Zərfdən bomba çıxdı...

Martın 12-də Texas ştatının Ostin şəhərində iki partlayış hadisəsi baş verib.

Ostin polisinin məlumatına görə, birinci partlayış şəhərin şimal-şərq hissəsində qeydə alınıb. Partlayıcı maddə evin artırmasına qoyulmuş zərfdə gizlədilib. Zərfin poçt xidməti tərəfindən gətirildiyini zənn edən ev sakinləri onu açdıqdan sonra bomba partlayıb. Yerli vaxtla səhər saat 6:44-də baş vermiş bu partlayış nəticəsində bir yeniyetmə həlak olub, qırx yaşlı qadın isə yaralanıb.

Digər evdə baş vermiş partlayış nəticəsində daha bir qadın xəsarət alıb. Hüquq-mühafizə orqanlarının nümayəndələri əhaliyə xəbərdarlıq ediblər ki, gözləmədikləri hər hansı zərf aldıqları zaman onu açmasınlar və dərhal Ostin polis şöbəsinə zəng etsinlər.

Analoji insident martın 2-də baş vermişdi. Entoni Stefan Haus adlı vətəndaş naməlum zərfi açdıqdan sonra ağır yaralanmış və aldığı yaralardan yerli xəstəxanada vəfat etmişdi.


343 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.18, 14:02
Bəsrə valisi həbs edildi
Go to TOP