Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Mart 2018

“Tereza Mey parlamentdə sirk şousu göstərir” - Zaxarova

“Britaniya baş naziri Tereza Mey parlamentdə sirk şousu göstərməklə məşğuldur. Məqsəd aydındır. Təxribat xarakterli kampaniya aparırlar. Nağıllar uydurmaqdansa, bundan qabaq törədilən anoloji cinayətlərin aqibəti barədə danışsınlar”.

Bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova Tereza Meyin parlamentdə çıxışı zamanı Rusiyanı Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızının zəhərlənməsində əli olmaqda ittiham etməsinə münasibət olaraq bildirib.

Xatırladaq ki, Sergey Skripal və qızına qarşı sui-qəsd martın 5-də Solsberidə ticarət mərkəzində olub. Skripal 2010-cu ildə Böyük Britaniyada sığınacaq alıb.

Baş nazir Tereza Mey Sergey Skripal və qızına qarşı sui-qəsdin Rusiya tərəfdən təşkil edildiyini bildirib.


356 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.09.18, 09:30
Prezident öldü
14.09.18, 14:02
Bəsrə valisi həbs edildi
Go to TOP