Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2018

40 yaşlı kişi bir neçə nəfər tərəfindən döyülərək bıçaqlanıb

Bakıda orta yaşlı kişi bir neçə nəfər tərəfindən döyülərək bıçaqlanıb.

Reportun məlumatına görə, 40 yaşlı Həsənov Ramin Həsən oğlu Naxçıvan şəhərində olarkən onunla tanıdığı şəxslər arasında mübahisə yaranıb.

O, Bakıya qayıtdıqdan sonra paytaxtın Nizami rayonu ərazisində yerləşən iaşə obyektlərinin birində həmin şəxslərlə (2 nəfər-red) mübahisəsini davam etdirib. Mübahisəyə Naxçıvandan gələn daha iki nəfər qoşulub. Nəticədə həmin şəxslər R.Həsənovu döyərək, onun başına xəsarətlər yetiriblər. Dava zamanı habelə onun sol ayaq sümüyü sındırılıb, sağ baldırı bıçaqlanıb.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


426 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP