Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2018

Əfqanıstanda “Taliban” dövlət binasına hücum edib –Qubernator və 15 polis öldürülüb

“Taliban” silahlıları Əfqanıstanın mərkəzində yerləşən Xoca-Ğməri dairəsində dövlət binasına hücum ediblər.

“Associated Press” xəbər verir ki, hücum nəticəsində 18 nəfər öldürülüb.

Onlardan 3 yerli dövlət məmuru, 15-i isə polis əməkdaşıdır. Öldürülənlər arasında dairənin qubernatoru, Kəşfiyyat Xidmətinin yerli idarəsinin rəisi və polis rəisinin müavini də var.

Yerli hakimiyyətin nümayəndələri bildiriblər ki, təhlükəsizlik qüvvələri dövlət binasına hücum edən 25 silahlını zərərsizləşdirib.


249 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP