Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2018

Türkiyənin İraqdakı səfiri İmam Kazimin (ə) əzadarlıq yürüşündə iştirak etdi - Foto

Türkiyənin Bağdadakı səfiri Fatih Yıldız İmam Musa Kazimin (ə) şəhadəti münasibətilə piyada yürüşdə iştirak edib.
Səfir digər əzadarlar kimi Kazimeyn şəhərində 5 km-lik yolu piyada gedib və mokəblərdə iştirak etdikdən sonra İmam Kazimin (ə) hərəmini ziyarət edib.
Fatih deyib: “Bu həftə İmam Kazimin (ə) şəhadətidir. İmamın (ə) şəhadət yürüşündə iştirak etmək üçün təkcə İraq əhalisi deyil, bütün dünyadan şiələr bura axışır. Azərbaycandan buraya gəlmiş qardaşlarla görüşdüm. İslam dünyasında müsəlmanlar arasında təfavüt yoxdur. Biz dinin böyük şəxsiyyətlərinə hörmətlə yanaşırıq.
Əzadarlıqda iştirak edənlərlə burada olmaq səfərin vəzifəsidir.”
Qeyd edək ki, bu gün İmam Musa ibn Cəfərin (ə) şəhadətidir. Bu münasibətlə İmamın (ə) əzadarlıq yürüşündə 10 milyondan çox insan iştirak edir və xarici ölkələrdən yürüşə qatılan zəvvarların sayı 350 min nəfərdən çoxdur.


شرکت سفیر ترکیه در بغداد در پیاده‌روی شهادت امام موسی کاظم(ع)

شرکت سفیر ترکیه در بغداد در پیاده‌روی شهادت امام موسی کاظم(ع)



229 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP