Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2018

Qərb Putinin hazırladığı tələyə düşdü – Ekspertlər

Rusiya Silahlı Qüvvələrənin Baş Qərargah rəisi Valeri Gerasimov ABŞ-ın Suriyaya havadan zərbə endirmək ehtimalı barədə danışıb.

O, Donald Trampın bununla bağlı açıqlamasının Rusiyanın Suriyada kimyəvi hücumun səhnələşdiriləcəyi ilə bağlı yaydığı məlumatdan sonraya təsadüf etdiyini xatırladıb.

Generalın sözlərinə görə, Rusiya bu hücumlara qarşı cavab tədbirləri görəcək:

“Rusiya Suriyadakı bütün hərbi varlığını müdafiə edəcək və təkcə raketləri deyil, raket daşıyıcılarını da məhv edəcək. Dumadakı hücumda kimyəvi silahdan istifadə edilməsi ilə bağlı heç bir sübut yoxdur”.

Bütün bunlar ekspertlərin diqqətindən yayınmayıb və ortaya belə bir sual çıxıb:

“Britaniya və onun tərəfdarları Putinin yaratdığı tələyə düşüblər?”

Kreml NATO üzvü olan ölkələrə qarşı durmaq üçün hərbi gücünü artırıb. Bundan başqa, Moskva hibrid müharibəsi aparmaq niyyətindədir. Bunun üçün Rusiya iqtisadi təzyiq, neft və təbii qaza məhdudiyyətdən, kiberhücumlar və kütləvi dezinformasiyalardan istifadə edir.


210 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP