Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2018

Ərdəbil və Zəncanda İslamçı Məhbuslarla Həmrəylik Günü münasibətilə mərasim keçirilib - Foto

Ərdəbildə Azərbaycanın İslamçı Məhbusları ilə Həmrəylik Günü münasibətilə mərasim keçirilib. Mərasimdə çıxış edən höccətül-islam Nuri deyib: “Şiə olduqları və haqqı dedikləri üçün zindana düşmüş Azərbaycan Respublikasının islamçı məhbusları İmam Musa Kazimin (ə) yolunu gediblər və hər zaman “Allahu Əkbər” səsləyiblər.
İngiltərə dövlətinin diplomatik aparatı casus olması sübuta yetmiş bir məhbusu (Zağəri) azad etmək üçün bütün vasitələrə əl atır, amma bizim ölkəmizin diplomatik aparatı Azərbaycan Respublikasında ya Əli, ya Hüseyn dediklərinə görə həbs edilən islamçı məhbuslara görə hansı addımı atmışdır? Halbuki, hər iki ölkə başçısı ötən bir neçə il ərzində 10 dəfədən çox görüş keçiriblər.
İmam (r) yolunun iddiaçıları haradadır? Onlar məzlumu müdafiə etmək şüarını unudublar və bu kimi mərasimlərin keçirilməsinə iki ölkə arasında münasibətlərin pozula biləcəyini bəhanə edərək maneə yaradırlar. Halbuki, Azərbaycan Respublikasında məzlumlar neçə illərdir ki, əsassız ittihamlarla bu ölkənin zindanlarında həbsdədirlər.”

















ZƏNCANDA KEÇİRİLƏN MƏRASİMDƏN FOTOLAR


            



392 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP