Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2018

Ceyşül-İslam terror qrupunun rəhbərləri Türkiyəyə köçürülür

“Əl-Məyadin” televiziya kanalının verdiyi xəbərə görə, Şərqi Qutada Ərəbistana bağlı sonuncu terror qrupu bu bölgədən çıxarıldıqdan sonra Türkiyəyə köçürüldü və oradan da Ərəbistana gedəcəklər. Ərəbistan isə bundan sonra onlardan Yəmənə qarşı müharibədə istifadə edəcək.
Bu xəbərə görə, Ceyşül-İslam terror qrupunun üzvlərinin ailələri ilə birlikdə Dumadan köçürülməsi işi artıq başa çatmaq üzrədir. Onlar Suriyanın Carabulus şəhərinə köçürülür. Bu gün səhər saatlarında Ceyşül-İslamın 3500 nəfər üzvü öz ailələri ilə birlikdə Əl-Vafidindən Hələbə tərəf tərk edib. “Əl-Məyadin”-in verdiyi xəbərə əsasən, onlar 86 avtobus vasitəsilə Əl-Vafidin dəhlizindən keçərək Hələbə tərəf gediblər. Bu terrorçular Suriya dövləti ilə sülhü qəbul etməmişdilər. Hal-hazırda terrorçuların bu bölgəni tərk etməsi davam edir.
“Əl-Məyadin” vurğulayıb ki, Ceyşül-İslam terror qrupunun sərkərdələrini daşıyan 4 avtobus Duma şəhərindən çıxaraq Türkiyəyə daxil olub. Ceyşül-İslamın Suriyadan çıxmış 500 nəfər ünsürü Ərəbistana gedəcək və oradan da Yəmənə köçürüləcək.
Qeyd edək ki, Şərqi Qutada Ərəbistan və Türkiyəyə bağlı 4 terror qrupu fəaliyyət göstərirdi. Türkiyəyə bağlı Ən-Nüsrə terrorçuları digər 3 terrorçu qrup tərəfindən əzildikdən sonra Suriya ordusu ilə razılaşaraq İdlibə köçürüldü. Sonrada Suriya ordusu tərəfindən məğlub olduğunu görən Ərəbistana bağlı digər üç qrup Şərqi Qutadan çıxmağa razılaşsa da, İdlibə köçməyi qəbul etmədilər. Çünki İdlib Türkiyəyə bağlı terrorçu qrupların nəzarəti altındadır. Ona görə də Carabulusa köçürüldülər.


87 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.04.18, 09:35
Bakıda bıçaqlanma olub
19.04.18, 07:29
Ucar sakini intihar edib
18.04.18, 10:12
Ucar sakini intihar edib
Go to TOP