Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2018

Çin: Suriyaya hücum beynəlxalq qanunları pozmaqdır

Çin XİN-i ABŞ, Fransa və İngiltərənin Suriyaya təcavüzünü beynəlxalq qanunları pozmaq adlandırıb.
“Sputnik”-in verdiyi xəbərə görə, Çinin XİN-i ABŞ, Fransa və İngiltərənin Suriyanın hərbi və qeyri-hərbi mövqelərinə hücumuna münasibət bildirərək deyib ki, Təhlükəsizlik Şurası çərçivəsindən qıraq hər hansı hərbi hücum beynəlxalq qanunları pozmaqdır.
Çin bütün ölkələri və qarşıdurma tərəflərini beynəlxalq qanunlar çərçivəsində müzakirəyə dəvət edib.
XİN-nin mətbuat katibi vurğulayıb: “Çin Suriya probleminin müzakirə yolu ilə həllinə təkid edir.
Pekin beynəlxalq münasibətlərdə zor gücündən istifadə etməklə müxalifdir və digər ölkələrin hakimiyyətinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmanın tərəfdarıdır.”


388 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP