Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2018

Ənsarullah: Raketlərimiz İsrailə də çatacaq - Suriya Ərəbistan və İsrailə hücum etsin

Yəmən İnqilabı Ali Komitəsinin üzvü Suriyadan istəyib ki, qərb ölkələrinin hücumuna cavab olaraq Ərəbistan və sionist rejimin bazalarını bombalasın.
Yəmən İnqilabı Ali Komitəsinin üzvü Tofiq Əl-Hümeyri “Sputnik”-ə verdiyi açıqlamasında deyib: “Regionun işlərini idarə edən, Amerika və sionist rejimin maraqlarını regionda həyata keçirən Riyaz və Təl-Əvivdir. Ərəbistana qarşı edilən hücum, Amerikaya da yönəlir. Çünki Ərəbistanın ərazisində Amerika şirkətləri və bazaları vardır. Biz Suriyadan istəyirik ki, Ərəbistan və İsrailin bazalarını bombalasın.”
Tofiq Əl-Hümeyri Suriyanı dəstəklədiklərini elan edərək deyib: “Biz Suriyanı dəstəkləyirik. Riyad və Ərəbistanın digər şəhərlərinə tuşladığımız balistik raketlər bu dəstəyi nümayiş etdirir. İki il bundan əvvəl Riyada atdığımız ilk raket Əs-Sulayyil bazası oldu və bu hərbi bazada həlak olanlar Amerika və sionist rejimin zabit və mütəxəssisləri idi.”
Yəmən İnqilabı Ali Komitəsinin üzvü əlavə edib: “Atdığımız raketlərin çoxu Amerika və Ərəbistanın müştərək şirkət və bazalarını hədəfə almışdır. Bizim rəhbərimiz Riyaddan sonrakı bombalanacaq yerlərdən danışdıqda, İsraili nəzərdə tutur. Biz raketlərimizi gücləndirmişik və israillilər bilsin ki, raketlərimiz onları da vuracaq.”


214 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP