Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2018

Mərakeş qırıcılarını Ərəbistanın koalisiyasından çıxarır

Mərakeşin yerli mənbələrinin verdiyi xəbərə görə, bu ölkənin ordusu Ərəbistan koalisiyası tərkibində Yəməni bombalamaq üçün istifadə olunan qırıcılarını koalisiyadan çıxarmaq qərarına gəlib.
Mərakeşin “Əl-Yovm 24” xəbər agentliyinin verdiyi məlumata görə, bir sıra təhlilçilər bu geriçəkilməni qərb səhrası və Hail bölgəsi hadisələri ilə əlaqələndirirlər. Bəzi ekspertlər də bunu təbii hal kimi xarakterizə edirlər.
Xəbər agentliyi məlumatlı mənbələrə istinadən yazıb ki, Mərakeş krallığı qüvvələrinin baş müfəttişi Əbdülfəttah Vərraq gücünün artırılması üçün Amerikaya göndərilmiş 6 qırıcının ölkəyə qayıtması barədə göstəriş verib.
“Əl-Yovm 24” Mərakeş əhalisinin dövlətin Yəmənə qarşı koalisiyada iştirak etməsinə razı olmadığına da işarə edərək yazıb: “Ənsarullahın hava hücumundan müdafiə sistemi Mərakeşin F-16 qırıcısını vurmaqda uğurlu əməl etmişdir. ”


226 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.09.18, 09:30
Prezident öldü
14.09.18, 14:02
Bəsrə valisi həbs edildi
Go to TOP