Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Aprel 2018

Yunanıstanda ABŞ bayrağı yandırıldı

Yunanıstanın paytaxtı Afinada ABŞ səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

Aksiyanı Yunanıstan Kommunist Partiyası, parlamentə daxil olmayan sol partiyalar təşkil edib. Etiraz aksiyası zamanı ABŞ bayrağı yandırılıb. Aksiya zamanı etirazçılar "İmperializm 1 nömrəli düşməndir, "ABŞ, NATO, AB, çəkin əlinizi Suriyadan", "Yankilər evə gedin" kimi şüarlar səsləndirilib.

Mitinqdə çıxışı edən yunan kommunistlərinin lideri Dmitri Kutsumbas ölkəsinin ABŞ-ın yanında yer almaması gərəkdiyini deyib:

"Təəssüf ki, imperialist savaş təhlükəsi artır. Yunan hökuməti xalqın maraqlarına qarşı üzərinə böyük öhdəliklər götürür. Afina ABŞ-NATO planlarından ayrılmalıdır".


72 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.04.18, 09:35
Bakıda bıçaqlanma olub
19.04.18, 07:29
Ucar sakini intihar edib
18.04.18, 10:12
Ucar sakini intihar edib
Go to TOP