Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2018

Səbail rayonunda küçədə naməlum kişi meyiti tapılıb

Bakının Səbail rayonu ərazisində yerləşən parkların birində naməlum kişi meyiti tapılıb.

Təxminən 55-60 yaşlı kişinin dəqiq hansı səbəbdən öldüyü məlum deyil.

Hadisənin baş verdiyi ünvana Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsinin əməkdaşları cəlb olunub.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Onun şəxsiyyəti hələ ki, müəyyənləşdirilməyib, həmçinin üzərində zorakılıq əlamətlərinə rast gəlinməyib.


281 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.09.18, 09:30
Prezident öldü
14.09.18, 14:02
Bəsrə valisi həbs edildi
Go to TOP