Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2018

“Tramp prezidentliyə yararsızdır” – FTB-nin sabiq rəhbəri

Tramp mənəvi cəhətdən prezidentliyə yararsızdır.

Bunu ABC telekanalına müsahibəsində Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Ceyms Komi bəyan edib.

“Düşünmürəm ki o tibbi cəhətdən prezident olmağa qadir deyil. Lakin mənəvi cəhətdən Tramp prezidentliyə yararsızdır”, deyə C.Komi qeyd edib.

O həmçinin Trampı yalançı adlandırıb: “Çünki o daim təkzibedilməz faktları inkar edir. Misal üçün, Tramp bəyan edirdi ki, Obamanın andiçmə mərasimi ilə müqayisədə onun inauqurasiya mərasimində iştirak edənlərin sayı daha çox olub. Bu doğru deyil, yalandır”.

Qeyd edək ki, C.Kominin Trampla münasibətlərinə dair “Ali loyallıq: həqiqət, yalan və liderlik” adlı kitabı aprelin 17-də satışa çıxarılacaq.


68 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.04.18, 09:35
Bakıda bıçaqlanma olub
19.04.18, 07:29
Ucar sakini intihar edib
18.04.18, 10:12
Ucar sakini intihar edib
Go to TOP