Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2018

Ərəbistan bir sutkada Yəməni 40 dəfə bombaladı

Ərəbistanın Yəmənə qarşı koalisiyasının qırıcıları ötən 24 saatda Yəmənin müxtəlif bölgələrinə 40 dəfədən çox hücum ediblər. Bu hücumlar nəticəsində 5 nəfər mülki şəxs şəhid olub və iki nəfər yaralanıb.
Bu xəbərə əsasən, Ərəbistan koalisiyası qırıcılarının dünən Əl-Həccə əyalətinin Qarrə şəhərinin Əl-Bəth məntəqəsini bombalaması nəticəsində bir şəxsi avtomobilin sürücüsü və bir qadın həlak olub. Koalisiya qırıcıları ötən 24 saat ərzində Həccə əyalətində Harad və Midi şəhərlərini də 10 dəfə bombalayıb.
Sədə əyalətinə edilən hava hücumlarında Raxix şəhəridə ədliyyə idarəsi hədəfə alınıb və Hidan şəhərinin Təlan məntəqəsində su anbarı vurulub. Ərəbistanın sərhəd qüvvələrinin raket hücumu nəticəsində isə Mənbəh şəhərinin iki dinc sakini şəhid olub.
Habelə ötən 24 saatda Yəmənin İbb, Lahic, Təiz və Səna əyalətləri dəfələrlə Ərəbistanın hava hücumlarına məruz qalıb.


198 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP