Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2018

Türkmən liderdən kürdlərə xəbərdarlıq: “Sakitlik pozulacaq”

İraq türkmənlərinin lideri bu ölkədə keçirilən parlament seçkilərinin nəticələrinin saxtalaşdırıldığı barədə bəyanat yayıb.

İraq Türkmən Cəbhəsinin lideri Ərşad Salehi “Kürdüstan Vətənpərvərlər İttifaqı”nın (KVİ) saxtakarlığa yol verdiyini bildirib.

“Kərkükdə baş tutmuş səsvermədən sonra Süleymaniyyəyə aparılan bülletenlər burada dəyişdirilib. Bundan sonra Haviçdən gələn başqa bir xəbər də şübhələrimizi artırdı. Təhlükəsizlik xidmətlərinin hesabatında elektron səsvermə ilə qutulardakı bülleten sayının eyni olmadığı öz əksini tapır. KVİ türkmən bölgələrinə öz adamlarını yerləşdirmək üçün saxtakarlığa yol verib. Bu saxtakarlığı qəbul etməyəcəyik. Çünki bizim milli haqlarımızı tapdalamağa çalışırlar”, - deyə türkmən lider qeyd edib.

Ərşad Salehi türkmənlərə qarşı atılmış bu addımın Kərkükdə vəziyyəti qarışdıracağını bildirib: “Kərkükdə sabitlik yenidən pozulacaq. Əgər haqlarımız bərpa edilməsə, bu, bölgənin təhlükəsizliyinə ciddi təhdidlər yaradacaq”.


212 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
16.12.18, 16:36
Misturadan Suriya etirafı
15.12.18, 09:23
Çində sarı qar yağdı
Go to TOP