Şrift ölçüsü:
A+
A
A-
Kr
13 May 2018

Tramp küncə sıxışdırılır – Zərifin Pekinə getdi

Çin, Rusiya və Avropa İttifaqı İranla nüvə müqaviləsini ləğv edən ABŞ-a qarşı hərəkətə keçir. Prezident Donald Trampın qərarından narazı olan dövlətlər İranla həmrəy olduqlarını hər fürsətdə bildirirlər. Avropa İttifaqı dövlətləri İranla görüş təyin etdikdən sonra Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Çinə getməsi də göstərir ki, dünyanın supergücləri Trampı yola gətirməyin razılaşdırılmış variantı üzərində işləyirlər.

Teleqraf.com xəbər verir ki, Donald Trampın nüvə müqaviləsini ləğv etməsindən sonra Fransa, İngiltərə və Almaniya İranla görüş təyin edib.

Rəsmi Tehranın Çini seçməsi də təsadüfi hesab edilmir. İran Çinin ABŞ-dakı “pul lobbisi”nə güvənir. Bu nöqtədə Ağ Ev rəhbərini narahat edə biləcək əsas məsələ Aİ-nin də bu təzyiqlərə dəstək verməsidir. Ekspertlərə görə, Çinin “pul lobbisi”nin təsiri altında olan Tramp özünə qarşı sərtləşən təzyiqlərə uzun müddət davam gətirməyəcək və danışıqların yeni mərhələsinə başlamaq məcburiyyətində qala bilər. Mənbələr Trampın Çin şirkətlərinə külli miqdarda borcunun olduğunu iddia edirlər.


109 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP