Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2018

Tiflisdə gənclər ayaqda: Baş nazir polisə çağırış etdi

Azərbaycan xalqı da görəsən haqlarını tələb etmək üçün ayağa qalxacaqmı?

Gürcüstan Baş naziri Georgi Kriviraşvili hökumət evində Tiflis hadisələri ilə bağlı fövqəladə brifinq keçirib.

Sputnik xəbər verir ki, o, brifinqdə ölkəni birliyə, hüquq-mühafizə orqanlarını təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb.

“Mən son iki gündə Tiflisdə baş verən hadisələrə diqqət çəkmək istəyirəm. Dünən səhərdən bizim komanda baş verən olayları təhlil edir. Kaxa Kaladze hökumət adından açıqlama verdi. Bir daha gənclərə müraciət edirəm: şəxsən mən təminat verirəm ki, ölkədə sizin azad sözünüzü heç bir təhlükə gözləmir”, - baş nazir deyib.

Kvirikaşvili bildirib ki, son saatlar bir daha təsdiqlədi ki, azad sözün müdafiəsi və təmini dövlət üçün prioritetdir:

“Polis, hüquq-mühafizə orqanları hər şey edir ki, gənclər öz fikirlərini sərbəst ifadə etsinlər. Bu baxımdan bir daha hüquq-mühafizə orqanlarına tədbirlərin təhlükəsizliyini gücləndirmək və qarşıdurmaya imkan verməmək üçün çağırış edirəm”.


56 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.05.18, 08:58
Naxçıvan silkələndi
Go to TOP