Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2018

Kişi "Koroğlu" körpüsündən özünü atmaq istədi - İntihar

Bakının Nizami rayonu ərazisində, "Koroğlu" metrostansiyası yaxınlığında orta yaşlı şəxs körpüyə çıxaraq intihar etmək niyyətində olduğunu bildirib.

Report xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunaraq, həmin şəxsi fikrindən yayındırmaq üçün onunla psixoloji danışıqlar aparırlar.

Əraziyə polis əməkdaşları da gəlib.

***

"Koroğlu" metrostansiyası yaxınlığındakı körpüyə çıxaraq özünü aşağı atmaq istəyən 40-45 yaşlı paytaxt sakini hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən xilas edilib.

Sözügedən şəxs körpüdən aşağı endirilib.


93 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP