Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2018

NATO Türkiyədə yerləşdiriləcək S-400-ə görə qorxuya düşüb

Rusiyanın S-400 “Triumf” zenit-raket sistemlərinin Türkiyədə yerləşdirilməsi NATO üçün əsl provokasiyadır.

Bu barədə Almaniyanın “Der Şpigel” nəşri məlumat yayıb. Bildirilir ki, alyans Rusiyanın sözügedən sistemlər vasitəsilə F-35-lərin güclü və zəif tərəflərini aşkara çıxaracağından ehtiyat edir:

“Taleyin ironiyasına bax ki, S-400 çoxfunksiyalı qırıcıların əsas düşmənlərindən sayılır. Hansı ki, bu qırıcılar (F-35) yaxın illərdə ABŞ Hərbi Hava Qüvvələrinin arsenalının əsasını təşkil edəcək”.

Məqalədə bildirilir ki, NATO mütəxəssisləri S-400-lərin Türkiyədə yerləşdirilməsinə olduqca ehtiyatla yanaşırlar. Çünki sözügedən kompleklər Moskvanın Türkiyədəki “gözü” ola bilər.

Müəllif hesab edir ki, S-400 “Triumf” vasitəsilə Rusiya F-35 və digər qırıcılar haqqında geniş məlumat toplaya biləcək.


92 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP