Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2018

Qəzza dəhşəti: Türkiyə ABŞ və İsrail səfirlərini geri çağırdı

Ankara Vaşinton və Təl-Əvivdəki səfirlərini məsləhətləşmək üçün geri çağırıb.

Bu barədə Türkiyə lideri Ərdoğan danışıb. O, Qəzzada baş verən insanlıq dramını lənətlədiyini bildirib.

“İsrail terrorizmi yayır və bir terror dövlətidir. ABŞ İsraillə rəhmsiz razılaşmaya gedib. Hücumlar İsrailin çirkin simasının göstəricisidir. Fələstinli qardaşlarımıza dəstək üçün 3 gün matəm elan etmişik. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə toplantısını keçirilməsini tələb edirik. Cümə günü Yeni Qapı meydanında zülmə qarşı böyük nümayiş təşkil edəcəyik. Bütün imkanlarımızla fələstinlilərin yanındayıq.

BMT baş katibi və hörmətli Mahmud Abbas başda olmaqla, bir çox liderlərlə bu mövzuda görüşlər keçirəcəyəm. Xristian, musəvi və digər inanc sahiblərini bu haqsızlığa qarşı səslərini ucaltmağa çağırıram”, - deyə Ərdoğan bildirib.

Ərdoğan həmçinin BMT Təhlükəsizlik Şurasının çağırılmasını da tələb edib.

Qeyd edək ki, İsrail hərbçilərinin ötən gün dinc aksiyaçılara atəş açması nəticəsində, ən son məlumata görə, 55 fələstinli ölüb, 1771-i yaralanıb.

BMT TŞ-nin olayla bağlı iclası sabah keçiriləcək.


147 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.11.18, 15:03
Bakıda silahlı insident
Go to TOP