Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2018

Orucun nə faydası vardır ki, Uca Allah ona əməl etməyə təkid edir?

Mübarək Ramazan ayı gəlməkdədir və Allah Təala bu ayda hər bir sağlam bəndəsinə oruc tutmağı əmr etmişdir. Bəs orucun nə faydası vardır ki, Uca Allah bu qədər ona əməl etməyə təkid edir?

1. Oruc insanın təqvasını gücləndirər və ixlaslı olmasına səbəb olar. İmam Sadiq (ə) buyurur: “Allah Təala buyurmuşdur: “Oruc Məndəndir və mükafatını də Mən verirəm””.

Həzrət Zəhra (s.ə) buyurur: “Allah orucu, ixlası möhkəmləndirmək üçün vacib buyurmuşdur”.

2. Dünya və axirət əzabına mane olar. İmam Əli (ə) buyurur: “Oruc mədəni daraldar, əti tökər və cəhənnəmin yandırıcı istisindən uzaq tutar”.

3. Cismə və ruha hüzur gətirər. Oruc tutan insan bir ay boyunca bədənində olan toksin və zərərli maddələrdən təmizlənər. Eyni zamanda ruhu da hüzur tapar və Ramazan ayının bərəkətləri ruhunu paklaşdırar. Ona görə də Həzrət Peyğəmbər (s) buyurur: “Oruc tutun ki, sağlam qalasınız”.

İmam Baqir (ə) buyurur: “Oruc və həcc qəlblərə hüzur verər”.

4. Şeytanın (lən) nüfuzunu azaldar. İmam Əli (ə) Həzrət Peyğəmbərə (s) buyurur: “Ya Rəsulallah! Hansı şey şeytanı bizdən uzaq edər?”. Peyğəmbər (s) buyurur: “Oruc onun üzünü qara edər və sədəqə onun belini sındırar”.

5. Yoxsul ilə zəngin arasında bərabərliyi təmin edər. İmam Həsən Əsgəri (ə) orucun vacib olmasının səbəbi barəsində buyurur:“Zəngin aclıq dərdini dadsın və nəticədə ehtiyacı olanlara yardım etsin”. (Tebyan)

6. Əxlaqi fəzilətləri artırar. İmam Rza (ə) orucun vacib olması barəsində buyurur: “İnsanlar aclıq və susuzluq ağrısını dadsınlar və axirətdəki ehtiyaclılıqlarını dərk etsinlər. Oruc tutan insan aclıq və susuzluq nəticəsində təvazökar, müti, razılıq istəyən, arif və sabir olar. Bu səbəblə savaba layiq olar”./deyerler/


355 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.18, 09:23
Çində sarı qar yağdı
11.12.18, 10:11
Trampın impiçment qorxusu
Go to TOP