Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2018

Müqtəda Sədr: Əmmar Həkim və Əlavi ilə koalisiya quracayıq

İraqın Sədr Hərəkatının lideri teknokrat və partiyaçılıqdan uzaq bir hökumət quracağına təlaş edəcəyini bildirib.
“Əl-Sumaria News”-in verdiyi xəbərə görə, Müqtəda Sədr Tvitter səhifəsində yazıb: “Biz (Sairun ittifaqı) hökumət qurmaqda Seyid Əmmar Həkimin rəhbərliyi ilə Hikmət Partiyası və Əyad Əlavinin rəhbərliyi ilə Əl-Vətən Partiyası ilə koalisiya yaradacayıq ki, xalqın istəyi həyata keçsin.”
Sədr Hərəkatının baş katibi həmçinin yazıb: “İslahat və dəyişikliyin gerçəkləşməsi üçün “yeni nəsil” yaradacağıq. Bütün qərarlar İraqın özününkü olmalıdır. Bizim demokratik hərəkətlərimiz teknokrat və partiyaçılıqdan uzaq dövlət təşkil etməyə yönəlməlidir.”
Baş nazir Heydər Əl-İbadi də bu gün çıxış edərək əhalini və siyasi cərəyanları seçkilərin nəticələrinə hörmətlə yanaşmağa dəvət edib.
Qeyd edək ki, İraqın 16 əyalətindən 14-də səslərin sayılmasından sonra verilən açıqlamaya görə, Sədr Hərəkatının başçılıq etdiyi Sairun ittifaqı ən yüksək pillədə dayanır, ondan sonrakı yerdə isə Əl-Amirinin rəhbərlik etdiyi Fəth ittifaqı dayanır.


182 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.09.18, 14:02
Bəsrə valisi həbs edildi
Go to TOP