Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2018

Cəlilabadda fəhlələri daşıyan mikroavtobus yandı, xəsarət alanlar var

Cəlilabadda mikroavtobus yanıb.
Report xəbər verir ki, hadisə Əliqasımlı kəndində baş verib. Belə ki, Biləsuvar rayonuna məxsus fəhlə daşıyan mikroavtobus anidən alovlanmağa başlayıb. Fəhlələr avtobusdan təxliyyə edilib, alov isə daha da güclənib. Hadisə yerinə FHN-nin Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülüb.
İlkin məlumata görə, hadisə zamanı 1 nəfər qorxudan huşunu itirib. Ona hadisə yerində ilkin yardım göstərilib.


56 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.05.18, 08:58
Naxçıvan silkələndi
Go to TOP