Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2018

Bu silahlar imkanlarımızı qat-qat artırdı - Putin

Rusiyanın yeni silahları ölkənin imkanlarını qat-qat artırdı və növbəti 10 il üçün dünyadakı strateji tarazlığı təmin etdi.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin bildirib.

"Bu il ilk dəfə gələcəyimizlə bağlı və dünyada tayı-bərabəri olmayan silah və sistemlərimiz nümayiş etdirildi. Bu silah və sistemlər Rusiyanın təhlükəsizliyini təmin etmək imkanını qat-qat artırır, növbəti 10 il üçün dünyadakı strateji tarazlığı qorumaq imkanı verir. Bu silahların hazırolma vəziyyətinin müxtəlif səviyyələrdə olduğunu bilirik. Bu məsələləri daima diqqət altında tutmağa davam edəcəyik", - Putin qeyd edib.


46 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.05.18, 08:58
Naxçıvan silkələndi
Go to TOP