Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2018

Sәmәd Seyidov vә dostları rüşvәtә görә AŞPA-dan qovuldu

Assambleyanın korrupsioner deputatları barәdә sanksiya qәrarı verildi
AŞPA-da korrupsiyada adı hallanan 4 nəfərə (Səməd Seyidov da daxil) sanksiyalar siyahısı dəqiqləşib:

1. Heç bir mövzu və ya ölkə üzrə məruzəçi ola bilməzlər
2. Heç bir AŞPA komitəsinin və ya sub-komitənin sədri və sədr müavini ola bilməzlər
3. AŞPA-nın Prezidenti vəzifəsinə namizəd ola bilməzlər
4. Şuranı və onun komitələrini heç bir üçüncü tərəf qarşısında təmsil edə bilməzlər
5. Nazirlər Komitəsinə sual vermək hüquqları əllərindən alındı

Məhdudiyyətlər Agramunta 10 il, digər 3 nəfərə 2 il müddətidə şamil olunacaq.

***
Avropa Şurası Parlament Assambleyasının Qaydalar Komitəsi Azәrbaycan nümayәndә heyәtinin başçısı Sәmәd Seyidov vә daha 3 deputat – Aqramunt, Xucla vә Preda haqqında sanksiya qәrarı verib. Bu barədə AŞPA-da Sosial-Demokrat və Yaşıllar qrupunun rəhbəri Frank Şvab özünün Twitter səhifəsində yazıb.

O qeyd edib ki, sanksiya qәrarı Parisdə Komitənin xüsusi iclasında qәbul olunb. Deyilәn deputatlar 2-10 il müddətinə AŞPA-da tәmsilçilik hüququndan mәhrum edilib.

F.Şvab qeyd edib ki, görülmüş tədbirlər barədə rəsmi məlumat gün ərzində açıqlanacaq.


63 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.05.18, 08:58
Naxçıvan silkələndi
Go to TOP