Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2018

Bin Salman haradadır?

Kral sarayında baş verən dəhşətli atışmadan sonra Ərəbistan vəliəhdi Məhəmməd bin Salmanın media qarşısına çıxmaması və görüşlərdə iştirak etməməsi, bir sıra gümanların yaranmasına əsas verib.

21 apreldə axşam saatlarında Riyadın Əl-Xəzami bölgəsində yerləşən kral sarayında atışma baş verməsi barədə xəbərlər və video görüntülər yayıldı. Bu atışma bir neçə saat davam etdi.
Bəzi medialar və mənbələr bu atışmanın şahzadələrin biri tərəfindən çevrilişə cəhd etdiyinə görə baş verdiyini bildirdilər və buna aid bir sıra tutarlı sübutlar da ortaya qoydular. Hətta, bu hadisənin Yəmən döyüşçülərinin Ali-Səudun cinayətlərinə qarşı cavab olaraq mürəkkəb əməliyyatı da adlandıranlar oldu.
Ərəbistan mediası, onların da başında “Əl-Ərəbiyyə” televiziya kanalı hadisə barədə heç bir məlumat vermədi və Riyad polisinin bəyanatını gözlədi. Riyad polisi isə hadisəni təsdiqləyərək, onun səbəbini oyuncaq drona qarşı açılan atəş kimi tanıtdı.
Əlbəttə, həm ekspertlərin fikirləri, həm də atışmanın iki saatdan çox davam etməsi, hadisə yerinə ağır texnikanın, ağır və yarı ağır silahların cəlb edilməsi, üstəlik səhərə qədər də ara-sıra atışma səslərinin eşidilməsi heç də Riyad polisinin sözlərini təsdiq etmirdi.
Tvitterdə “Muctehid” adı ilə fəaliyyət göstərən və daim saray daxilindəki hadisələri xəbər verən istifadəçi də atışma hadisəsinə münasibət bildirərək yazdı: “Bu hücumda hədəf Məhəmməd ibn Salmanın özü olmuşdur. Hadisədə hər iki tərəfdən olmaqla 7 nəfər həlak olub və hücumçular qaçıblar. Hücumu təşkil edənlər drondan da kömək kimi istifadə ediblər.”

Bu, kral sarayında ilk hadisə deyildi, ondan 6 ay əvvəl də şahzadələrin biri tərəfindən Məhəmməd bin Salmana qarşı çevriliş cəhdi olmuşdu, lakin qüvvələrin kifayət qədər olmaması üzündən bu çevriliş uğursuzluqla nəticələnmişdi. O zaman Ərəbistanın Dövlət Nazirliyi bəyanat yayaraq bildirmişdi ki, bir nəfər kalaşnikov markalı silah və bir neçə əl qumbarası ilə kral qvardiyası qüvvələrinə hücum edib.
Hər halda kral sarayında baş verən ikinci atışma istər oyuncaq dronun saraya tərəf yaxınlaşmasına görə olsun, istərsə də kral qvardiyasının hücumçularla atışması – çox şübhəli görünür. Bu şübhə, hadisədən sonra vəliəhdin ölkə KİV-də görünməməsidir. Çünki sözügedən hadisədən əvvəl onun çıxışları, görüşləri və işləri KİV-in əsas xəbər başlıqlarını təşkil edirdi.
Bəzi mənbələr atışma baş verən gecə Bin Salmanın yaralandığını güman edir. Amma qəti şəkildə bilinən budur ki, hadisədən sonra vəliəhd demək olar ki, media qarşısına çıxmayıb və onun taleyi haqda heç bir xəbər verilmir.
Amerikanın dövlət katibi Mike Pompeo Ərəbistana səfəri zamanı da onun bu ölkəyə ilk səfəri olmasına baxmayaraq, Bin Salman yenə mediada görünmədi, M. Pompeonu Adil Əl-Cübeyr qarşıladı və onunla görüşdü, birgə mətbuat konfransı keçirdi.
Halbuki, ABŞ-ın sabiq dövlət katibi Reks Tillerson Ərəbistana səfər etdikdə vəliəhd onunla görüşdü və bu görüş geniş şəkildə KİV-də işıqlandırıldı.
Sarayda baş verən atışma hadisəsindən bir aya yaxın ötməsinə baxmayaraq hələ də vəliəhddən bir xəbər yoxdur və onun vəziyyəti haqqında heç bir məlumat verilmir. Onun görünməməsi terrordan qorxduğu üçün olduğu, yaxud həmin hadisədə onun həyatında hansısa problem yaranması üzündən olması barədə elə də qətiyyətlə danışmaq olmaz.
Ərəbistan mediası məlum hadisədən bir neçə gün sonra vəliəhdin xarici və daxili rəsmiləri ilə görüşləri barədə video görüntü və şəkillər yaydı, beləliklə onun tamamilə sağ-salamat olmasını göstərməyə cəhd etdi. Amma bu görüşlərin hadisədən əvvəlki vaxtlara aid olması və hadisədən sonra onun barəsində yaranmış söz-söhbətin üstünü örtmək üçün də göstərilməsi mümkündür.
Məlum olan bircə şey var. O da budur ki, atışma hadisəsindən sonra vəliəhd Məhəmməd bin Salman mediada görünmür, yalnız onun rəsmi olaraq jurnalistlərin qarşısına çıxması, iştirak etdiyi görüş və mərasimlərdən canlı yayımlar bu şübhələrə son qoya bilər.


188 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.08.18, 07:53
Zərif təkzib etdi
Go to TOP