Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2018

ABŞ-dan elə olur ki, heç pulla da silah ala bilmirik - Ərdoğan

Türkiyə ilə Rusiya arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurası var. Biz Rusiyadan aldığımız neft və təbii qazı kəsə bilmərik. Rusiyadan bizə 5 milyon turist gəlir. NATO müttəfiqimiz ABŞ-dan isə elə olur ki, heç pulla da silah ala bilmirik.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Senatdan razılıq verilmədi deyərək, silah verməyə bilirlər. Rusiya bizə çox əlverişli kredit şərtləri təklif edir. Müdafiə sənayesi ehtiyaclarını da ən uyğun şərtlərlə fərqli yerlərdən qarşılamaq Türkiyənin ən təbii haqqıdır. ABŞ-dan bizim əsas gözləntimiz münasibətimizin müttəfiqlik, strateji əməkdaşlıq ruhuna hər baxımdan uyğun olmasıdır”, - Ərdoğan bildirib.


45 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.05.18, 08:58
Naxçıvan silkələndi
Go to TOP