Şrift ölçüsü:
A+
A
A-
Kr
17 May 2018

Kreml NATO-nu bu ölkədən çıxarır

Bu ilin sonuna qədər Moldovadakı NATO ofisi bağlana bilər.

Bunu “İzvestiya” qəzetinə müsahibəsində Moldova Prezidenti İqor Dodon deyib.

“İlin sonundakı parlament seçkisindən sonra böyük ehtimalla alyansın ofisi qapadılacaq. NATO-nun buradakı aktivliyi Rusiyanın sərhədlərinə yaxınlaşma niyyəti ilə əlaqədardır. Biz imkan verə bilmərik ki, ölkəni geosiyasi qarşıdurmalar üçün istifadə etsinlər”, – deyə o bildirib.

Qeyd edək ki, Moldovada NATO ofisi keçən ilin dekabrında açılıb. Ofisin açılışı Moldova prezidenti ilə hökuməti arasında qarşıdurma yaradıb. Prezident ölkənin neytral qalmasını və bu qərarın ölkənin Konstitusiyasına zərbə olduğunu bildirib.


127 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.08.18, 07:53
Zərif təkzib etdi
Go to TOP