Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2018

Sərdar Salami: Sionist rejim müqavimətin təhdidindən sonra boğuldu və heç qələt etmədi

İran İslam Keşikçiləri Qvardiyası baş komandanının müavini sərdar Hüseyn Salami deyib: “Sionistlər Suriyada Tayfur bazasını bombaladıqdan sonra müqavimət onlara cavab verdi ki, Təl-Əvivi yerlə yeksan edərik.”
Ümumdünya Qüds Günü yürüşündə çıxış edən sərdar Hüseyn Salami deyib: “İngilis və amerikalıların siyasətnin İslam aləmində əkdiyi məlun və xəbis ağacın əkilməsindən 70 il ötür.
Yetmiş ildir ki, zəhərli xəncər İslamın böyrünə saplanmışdir və İslam ümmətinin başına gələn bütün müsibətlər tarixdə heç bir kökü və kimliyi olmayan İsrail adlı qondarma rejimin vücuda gəlməsi üzündəndir.
İsrail bais olmuşdur ki, Fələstin adlı bir xalq öz ana vətənindən məhrum olsun, köçkün düşsün və öz yurdlarında qalanlar da mühasirədə həbs olsunlar, uşaqları gecə-gündüz dağıntılar altında dəfn olsun, ata-analarını görməkdən əbədi məhrum olsun. Bu, Amerika, İngiltərə və qəsbkar sionist rejimin cinayətlərinin ən aşkar nümunələridir.”
Sərdar Salami əlavə edib: “Sionist rejim təkcə Fələstin üçün deyil, bütün İslam aləmi üçün təhlükəli mövcud və təhdiddir.”
SEPAH-ın baş komandirinin müavini sionist rejimin İslam aləmində yaradılmasının səbəbini izah edərək deyib ki, İslamın qəlbində belə bir rejimin yaradılmasının səbəbi odur ki, okeandan minlərlə kilometr o tərəfdə olan Amerikanın ərazi, siyasi, hərbi və təhlükəsizlik coğrafiyası İslam ərazilərinə tərəf uzanısın.
Sionistlərin Amerika raketlərini İslam dünyasına 12 min km yaxınlaşdırmasını açıqlayan sərdar deyib: “Sionist rejim Amerika siyasətlərinin İslam aləminə qarşı təzyiq vasitəsidir. Ona görə də Amerika və Avropa bütün gücləri ilə bu rejimin mövcudluğunu müdafiə edir, BMT TŞ-nın bu rejim əleyhinə qəbul etdiyi bütün qətnamələrinə veto qoyur.”
Sərdar Salami çıxışının davamında deyib: “Amerikalılar sionist rejim üçün təhlükəsizlik xətti yaratmağa çalışırdılar. Lakin Suriya və Livan İslam İnqilabından ilaham alaraq müqavimət cəbhəsində dayandılar. Bu günləri Livan və Suriyadan sionist rejiminə tərəf atəş qapıları açılacaq.
Yeddi ildir Amerika, Avropa, sionist rejim və onların müttəfiqləri Suriyaya qarşı ən şiddətli hücumlar həyata keçirirlər. Bunun səbəbi odur ki, sionist rejim bir təhlükəsizlik müəmması ilə qarşılaşıb və o müəmma bundan ibarətdir: “Bu rejim üçün əmin-amanlıq olmasa, biz ölüm-dirim arasında əl-ayaq çalıacağıq.”
SEPAH-ın baş komandanının müavini çıxışının digər hissəsində deyib: “Siz nə qədər geriyə və dərinə qayıtsanız, görəcəksiniz ki, dünyada siyasi və hərbi qüdrətli bir ölkə zülmə qarşı mübarizə bayrağını qaldırmışdır. İslam aləmində qaldırılmış bu bayrağın sahibi əzəmətli İrandır.
Biz sionistlərə bir daha deyirik: Amerikanın sizi dəstəkləməsi, ölmüş xəstəni diriltmək ardınca olan təcili yardım maşınına bənzəyir.”
Sərdar Salami vurğulayıb: “Nildən Fərata qədər böyük bir dövlət yaratmaq niyyətində olanlar bu günləri “sionist rejim” adlanan sərhədlərini neçə metr hündürlükdə beton divarlarla bir qala və qarnizona çeviriblər, amma yenə də rahat nəfəs ala bilmirlər.”
Sərdar Salami düşmənin həqiqi gücünün hansı səviyyədə olduğunu izah edərək deyib: “Düşmən özünü şar kimi böyük göstərməyə səy edir, amma bir iynə ilə havası boşalır və cismi kiçilir. Bu, onun həqiqətidir.
Amerikalılar Suriyaya hücum etmək istəyəndə bütün dünya elə fikirləşirdi ki, onlar Suriyanı viran edəcək. Amma bir neçə raket atıldı və onların da yarısı hədəfdən uzaqlaşdı. Onların həqiqi gücü budur.
Biz onların hay-küyündən qorxmuruq. Düşmən bütün gücünü bizə göstərmişdir. Daha gizli heç nə qalmayıb. Biz 40 ildir ki, Amerika, qərb və onların müttəfiqlərinin bütün güc strukturları ilə mübarizədəyik.
Biz 8 illik müharibəni təcrübə etdik. Halbuki, o zaman güclü deyildik. Biz müharibədə gücləndik.
İndi düşmən nə etmək istəyir? İndiyə kimi icra etmədiyi hansı senarini həyata keçirmək istəyir? Biz təhdidlərdən doymuşuq və bundan artıq bizi təhdid edə bilməzlər. Ən yaxşı yol budur ki, bizim qüdrətimizi rəsmi olaraq tanısınlar.
Bizim hələ motorumuz tam işə düşməyib. Dünya bu günləri bilirmi ki, enerji İranın təhlükəsizlik qüdrəti altındadır. Dünya əgər bu günləri öz sənətini Fars körfəzi enerjisi ilə rövnəqləndirirsə. bilsin ki, İrana borcludur. İran İslam Respublikası ilə kəllə-kəlləyə gəlməsinlər. Onların həyatının axarı İranın əlindədir. Mənafelərinin təhlükəsizliyi bizim əlimizdədir. Biz indiyə kimi nəciblik göstərmişik. Çünki məsələlərin həllinə çalışırıq. Amma İranın səbrinin də sonu var.”
Sərdar Salami daha sonra deyib: “Biz hal-hazırda sionist rejimlə mübarizə aparan Fələstin hərəkatını dəstəkləməliyik. Bu dəstək, məzlumu himayə etmək üçündür. Həm də bizim milli siyasətimizin bir hissəsidir. Düşmənlərimizin boğazını düzgün sıxmalıyıq. Onlar bizə yaxınlaşmaq üçün imkan tapmamalıdır.”
İslam İnqilabı Keşikçiləri Qvardiyasının baş komandanının müavini çıxışının digər hissəsində deyib: “Sionistlər Tayfur bazasını bombaladıqdan və cavanlarımızdan bir neçəsini şəhid etdikdən sonra elə düşünürdülər ki, heç bir cavab almayacaqlar. Elə bilirdilər ki, Amerika və İngiltərənin dəstəyi müqavimət cəbhəsini qorxuda bilər. Elə fikirləşirdilər ki, heç kəs onlara cavab verə bilməz. Hamınız gördünüz, deyirdilər ki, əgər buna cavab versəniz, Suriyanın hakimiyyətinə son qoyacağıq. Amma Qolanda onlara cavab verildi və onlarla raket pərvaz etdi. Onlara ismarış göndərildi ki, əgər cavab versəniz, Təl-Əvivin mərkəzini yerlə-yeksan edəcəyik. Boğuldular və heç bir qələt etmədilər.
İndi baxın, görün onlar nə qədər qorxu içindədilər. İnanın ki, neçə aydır sionist rejim məqamlarının gözündən yuxu qaçıb, həmişə səfərdədirlər, həmişə narahatdırlar. Çünki təhlükə ciddidir və düşmən güclü. Onlar Amerikaya arxalanıb. Onlara deyirəm: Amerikalılar öz əlaltısı olan rejimi dəstəkləyə bilməyəcək. Amerika şahı və Hüsnü Mübarəki süqut etməkdən qurtara bildimi? Tunistə Bin Əlini qoruya bildimi?”


310 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP