Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2018

AB ABŞ-dan imtina edib, yeni müttəfiq axtarmalıdır - Berlin

ABŞ-ın Paris iqlim razılaşmasından çıxması, İranla nüvə razılaşmasından imtinası, yeni gömrük siyasətinin tətbiqi birtərəfli qəbul edilən qərarlardır.

Bunu “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində Almaniya Xarici İşlər naziri Hayko Mas deyib. Onun sözlərinə görə, ABŞ-ın qərarları Avropaya zərər vurur:

“Bəzi fərqlər var ki, biz artıq bunlara qarşı susa bilmərik. Tramp yalnız ABŞ maraqlarını nəzərə alır və yalnız bir dövləti digərlərindən üstün tutan siyasət həyata keçirir. Bununla heç kim dünyanı yaxşı, təhlükəsiz və dinc edə bilməyəcək. AB artıq yeni tərəfdaşlar axtarmalıdır. Bu sırada Kanada, Afrika ölkələri, Asiya və Latın Amerikası yer ala bilər”.


202 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP